
Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.