Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli əməkdaşı həbs edilib.
Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili Nəzarət və audit şöbəsinin aparıcı mütəxəssisi 1982-ci il təvəllüdlü Vüsal Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib.
Sabunçu rayon Polis İdarəsində V. Əsgərov barəsində cinayət işinin açılması məlum olub. O, Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə ittiham edilib.
Məlum olub ki, Vüsal Əsgərov işlədiyi agentlikdə heç bir aidiyyətinin olmamasına baxmayaraq tamah məqsədilə oraya şikayətə gəlmiş Bahadur adlı 2-ci qrup əlil vətəndaşla əlaqə qurub. Vəzifəli şəxs vətəndaşa problemini həll edəcəyini deyərək ondan 10 600 manat alıb və heç bir real addım atmayıb.
Dələduzluqla üzləşdiyini görən vətəndaş hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə şikayət edib.
Sabunçu rayon Məhkəməsinin 8 avqust tarixli hökmü ilə 42 yaşlı məmur 2 il həbs cəzasına məhkum edilib.