ABŞ-ın Texas ştatında keçirilən üzgüçülük yarışı zamanı iştirakçı göldə itib. Üzgüçünün cansız cəsədi 1 saat sonra tapılıb.
Finiş xəttinə bir az qalmış gözdən itən üzgüçü boğularaq ölüb.
Məlumata görə, tədbirin fərdi üzgüçülük hissəsi “Marine Creek Lake”də keçirilib. Yarışmaya qatılan 28 yaşlı Lazar Dukiç qəfildən yoxa çıxıb. Komanda üzgüçünün sudan çıxmadığı ilə bağlı məlumat verdikdən sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Dalğıc qrupu və pilotsuz uçuş aparatları axtarışlara qatılıb. Üzgüçünün cəsədi təxminən bir saat sonra tapılıb. Uzun illər su polosu ilə məşğul olan idmançının necə boğulduğu məlum deyil.