
Qax şəhərində 59 yaşlı kişini avtomobil vurub.
Hadisə avqustun 2-si axşam saatlarında şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, Nicat Verdiyev "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Okroconaşvili Tengiz Şakroyeviçi vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ala T.Okroconaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.