
Lənkəranda evdə meyit aşkarlanıb.
Bu gün səhər Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərin birində kişi meyiti tapılıb. Məlumata görə, orta yaşlı şəxsdən 20 günə yaxındır xəbər olmayıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası əraziyə cəlb olunub.
Fakt üzrə araşdırmalar davam etdirilir.