Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qohumlarına məxsus tikililəri yandıran şəxs saxlanıldı

Qohumlarına məxsus tikililəri yandıran şəxs saxlanıldı

Cəlilabadda yanğın hadisəsi olub.

Hadisə Cəlilabad rayonunun Komanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus iki tövlə, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanıb.

 Bu barədə polisə məlumat verilib.

 Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub.

 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də