
Sabiq diplomat Emin Şaiq İbrahimov saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, o, adam bıçaqlayıb.
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev həmin paylaşıma rəy bildirib.
“Belə bir hadisə baş verib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”, - E.Hacıyev qeyd edib.