
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.