
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.
Ərazi üzrə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.