
Xəbər verdiyimiz kimi, Ermənistanın Kotayk vilayətinin Yeqvard şəhəri yaxınlığında təlim-uçuş təyyarəsinin qəzaya uğrması nəticəsində 2 nəfər ölüb.
Ermənistan rəsmiləri ölən şəxslərin hərbçi olduğunu bildirib.
Məlumata görə, ölənlər Ermənistan ordusunun baş leytenantı Armen İsaxanyan və kursant Armen Xaçatryandır.
Faktla bağlı araşdırma aparılır.