Ötən gün Lerikdə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.
Ötən gecə Lerik rayonunun Rəzəvül kəndində baş verən qəzada xəsarət alan Rəzəvül kənd sakini 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Digər xəsarət alan şəxs Rəzəvül kənd sakini 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov Bakı şəhərinə, xəstəxanaların birinə göndərilib.
Qeyd edək ki, ötən gecə Lerik rayonunun Rəzəvül kəndində "meşə yolu" deyilən ərazidə "Niva" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.