Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində, sərt döngədə baş verən qəzanın təfərrüatları bilinib.
İlkin məlumatlara görə, Bakı şəhər sakini, 25 yaşlı Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildə olan sərnişin, Bakı şəhər sakini 40 yaşlı Günay Baxşəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı sərnişinin müalicəsi xəstəxanada davam etdirilir.
Sürücünün vəziyyəti qənaətbəxş olduğundan ona ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılır.