Qəbələnin Zarağan kəndində elektrik cərəyanının vurması nəticəsində bir nəfər ölüb.
Günorta saatlarında Zarağan kənd sakini Xalid Abdullayev şəxsi təsərrüfatında iş görən zaman elektrik naqilləri ilə ehtiyatsız davranıb və bu, onun həyatı bahasına başa gəlib.
Hadisə yerinə və meyitə ilkin baxış keçirilib, araşdırma aparılır.