Son iki ayda ilan sancması ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, may-iyun ayı ərzində ilan sancması ilə bağlı ümumilikdə 36 nəfər müraciət edib.
Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.