
Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R. Məmmədov, 1982-ci il təvəllüdlü S. Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P. Rüstəmov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.