Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 70 kv.m. olan üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Mənzil yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.