Ermənistanın Şirak vilayətində 3,6 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin AFAD qurumu bildirib.
Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.
Ermənistanın Daxili İşlər Nazirliyi yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb.