
Bakı şəhərinin Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranıb.
FHN-nin “112” qaynar telefon xəttinə hadisə nəticəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə barədə TƏBİB də məlumat yayıb.
Bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.
Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.