Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəki məktəbində YANĞIN 

Şəki məktəbində YANĞIN 

Gecə saat 23 radələrində Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinə Turan qəsəbəsində yerləşən tam orta məktəbin binasında yanğın başlaması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi məqsədilə əraziyə Şəki və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikaı cəlb olunub.

 Bütün səylərə baxmayaraq ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/metrlik sahəsinin yanar konstruksiyaları yanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də