Allah rəhmət eləsi̇n
Bu barədə mərhumun qohumları sosial şəbəkədə məlumat yayıblar.
Mirkazım Mirməhəmməd oğlu Kazimov 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirib. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləyib.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb.
1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri postunu tutub.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Mərhumun Cəlilabad rayonun Hasıllı kəndində dəfn olunacağı bildirilir.
Allah rəhmət eləsin.