“Pekin-Paris” avto rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan American LaFrance Type 10 marşrut üzrə yürüş zamanı yanıb.
Bu barədə Azərbaycan Avtomobil Federasiyası məlumat yayıb.
Məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.
Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır (Thomas de Vargas Machuca).
“Pekin-Paris” avto rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.