İyun ayının 2-si Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cəsədi tapılan şəxsin adı açıqlanmayıb.
Məlumata görə, tapılan cəsəd 1988-ci il təvəllüdlü Elxan Sadıqova məxsusdur.
Onun cəsədi Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb. Bildirilir ki, meyit şişərək suyun üzərinə çıxıb.
Cəsəd ekspertiza rəyi üçün müvafiq orqana təhvil verilib. Digər şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.