Allah rəhmət eləsi̇n
Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Mübariz Hümbət oğlu Məmmədov vəfat edib.
Bu barədə həmkarı Alov Səfərəliyev məlumat paylaşıb.
Onun sözlərinə görə, M.Məmmədov iyunun 5-i gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, vəkil bir müddət bundan əvvəl insult keçiribmiş.