Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdakı zavodda faciəli şəkildə ölən Namik Yolçuyev - FOTO

Bakıdakı zavodda faciəli şəkildə ölən Namik Yolçuyev - FOTO

Xəbər verdiyimiz kimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib.

 Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən beş nəfərin –Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyiti çıxarılıb.

 Faciəli şəkildə ölənlərdən biri Namiq Yolçuyev ailəli olub.​​​

 “Zığ” zavodunda gəmi təmiri çilingəri işləyən Namik Yolçuyev 2018-ci ildə “Ən yaxşı gəmi təmirçisi” seçilib.

 Onun Qəbələ rayonundan olduğu bildirilir.

 Hadisə zamanı üzən tərsanədə işləyən dörd işçidən səs gəlmədiyini görən növbədə duran Namik Yolçuyev həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

 Fotoda Namik Yolçuyev 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də