Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kürdə batan hərbçinin atası DANIŞDI

Kürdə batan hərbçinin atası DANIŞDI

Xəbər verdiyimiz kimi, Kür çayının Tovuzun Hunanlar kəndi ərazisindən keçən hissəsində bədbəxt qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib. 

 Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir.

 Tural Quliyevin atası Hüseyn Quliyev çaya düşən şəxslərin istirahət məqsədilə əraziyə gəldiyini bildirib.

 "Buradan keçən köhnə yolu sel yuyub. Onların da bu barədə məlumatım olmayıb. Gəlib həmin yerdən çaya düşüblər. Oğlum ailəlidir, üç uşağı var. Digər batan şəxs - Cəfərov Vüqar Rəsul oğlu isı bacım oğludur", - o deyib.

  Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də