
İtaliyanın Friuli-Venesiya-Culiya regionunda aramsız leysanın səbəb olduğu daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb.
Ötən gün Natisone çayının daşması nəticəsində itkin düşən ikisi oğlan, biri qız olmaqla üç yeniyetmənin axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edib.
Helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıcların cəlb edildiyi əməliyyatlar nəticəsində itkin düşən iki oğlanın cəsədi aşkarlanıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.