
Ucarda arvad ərini bıçaqlayıb.
Hadisə səhər saatlarında Qaradağlı kəndində baş verib.
Bıçaq xəsarətləri alan 1997-ci il təvəllüdlü rayon sakini Elməddin Ağahüseyn oğlu İbrahimov xəstəxanaya çatdırılıb.
Əldə edilən ilkin məlumata görə, hadisə mübahisə zəminində bıçaqlanan şəxsin həyat yoldaşı tərəfindən törədilib.
Faktla bağlı araşdırma başlanıb.