Qazax və Şəmkir rayonlarında itkin düşən iki nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olmuş müraciətlər əsasında mayın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Qazax rayonunun Kəmərli kəndində itkin düşmüş 2004-cü il təvəllüdlü qadın, aprelin 29-da Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış sahəsində 2 azyaşlı övladı ilə itkin düşmüş 1994-cü il təvəllüdlü qadın, mayın 13-də Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü qadın, mayın 19-da Salyan rayonda itkin düşmüş 2007-ci il təvəllüdlü qız, mayın 20-də isə Sumqayıt şəhərinin ərazisində itkin düşmüş 2008-ci il təvəllüdlü qız və Binə qəsəbəsində itkin düşmüş 2009-cu il təvəllüdlü oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.olis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşmüş Qazax rayon sakini M. İsayeva (16.04.2024-də itkin düşüb) və Şəmkir rayon sakini H. Əlizadənin (14.05.24- də itkin düşüb) yeri müəyyən edilərək tapılıb və ailələrinə təhvil verilib.