Bu barədə Naxçıvanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin qaynar xəttinə Didivar kəndində yanğının baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
İlkin məlumata görə, ev sahibi, kənd sakini - 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.
Evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.
İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.