
Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.
Hadisə onun Moskva prospektində yaşadığı evdə baş verib.
2003-cü il təvəllüdlü tələbənin vəfatı ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Kamilə Həsənovanın model kimi də fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, məlumatı ilk dəfə "qafqazinfo" saytı yayıb.