İngiltərənin paytaxtı Londonun Lessard prospektində qadın və iki uşağı hücuma məruz qalıb.
Xarici media bildirir ki, qadın və uşaqların üzərinə kimyəvi maddə vurulduğu deyilir. Hücumdan sonra kişi bir müddət maşının ətrafında qaçıb, qadın və uşaq isə əllərini üzünə tutaraq maşının qarşısında dayanıblar.
Hadisə Lessard prospektindəki sakinlərin gözü qarşısında baş verib. Onlardan bəziləri cinayətkarı yolda qovmaq üçün bayıra çıxıblar. Bu zaman kişi əlindəki kimyəvi turşunu ("kislota") qadın və uşaqların üzünə töküb.
Nəticədə 12 nəfər, 31 yaşlı ana ilə onun iki uşağı, dörd şahid və beş polis əməkdaşı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin kişini axtarır və ehtimal edirlər ki, kişi və qadın bir-birini tanıyıblar.