Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Piyadanı da vuracaqmış... - DİN o sürücünün görüntülərini yaydı - VİDEO




Daxili İşlər Nazirliyi Bakıda "Opel" markalı maşınla avtoxuliqanlıq edən şəxslə bağlı rəsmi açıqlama yayıb.

Qurumdan  bildirilib ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün "Opel" markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.

Qurumdan OXU24.COM -a bildirilib ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün "Opel" markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.

Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də