Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdədə iki maşın toqquşdu - Yaralılar var

Bərdədə iki maşın toqquşdu - Yaralılar var


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

 Hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

Bərdə rayon Nazırlı kənd sakini, 2001-ci il təvəllüdlü Göyüşov Orxan Göyüş oğlunun idarəsində olan 99-XZ-915 dövlət qeydiyyat nişanlı, "VAZ-21015" markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini Səfərov Akşin Saleh oğlunun idarəsində olan 10-FP-169 dövlət qeydiyyat nişanlı, "VAZ-2106" markalı minik avtomobili toqquşub.

 Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də