Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəhşətli qəzada ölən şəxs əməkdar məşqçi imiş... - FOTO

Dəhşətli qəzada ölən şəxs əməkdar məşqçi imiş... - FOTO


Dünən Sumqayıtda moped sürücüsünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

Saat 23 radələrində 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovun idarə etdiyi moped 41-ci məhəllə adlanan ərazidə beton maneəyə çırpılıb.

Nəticədə ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib. Qəzada dünyasını dəyişən F. Bağırov tanınmış cüdo məşqçisidir.

 Dünya və Avropa çempionu olan Füzuli Bağırov idman ustası və Azərbaycanın Əməkdar məşqçisi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də