Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda oğul atasını bıçaqladı



İsmayıllıda ailə-məişət zəminində oğul atasını bıçaqlayıb.

  29 yaşlı İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib.

İlkin məlumatda oğlun hadisəni törədən zaman sərxoş olduğu bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də