
Moskva metrosunda kişi münaqişə zamanı sərnişini bıçaqlayıb.
Bu barədə Moskva prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, üç tanış arasında mübahisə davaya çevrilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyənləşdirib və onu saxlayıblar. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.