Bakıda fəaliyyət göstərən məşhur restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən Natiq Qardaşovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Natiq Qardaşov 5 min manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Zərərçəkmiş qismində "Tonqal” restoranının icarədarı Hüseynov Şəmsəddin Ələsdan oğlu tanınıb.
İttihama görə, 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək olan müddətdə Bakıdakı "Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.
Natiq Qardaşov barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.(APA)