
Dünən saat 11 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yolu keçərkən "KİA" markalı avtomobillə vurulan, nəticədə həyatını itirən qadının şəxsiyyəti müəyyənləşib.
Həmin qadının paytaxt sakini, 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovna olması məlum olub.
Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb.
OXU24.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin qadının paytaxt sakini, 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovna olması məlum olub.
Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub.