DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Belə ki, dekabrın 4-də saat 19:15-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 17 kiloqram 900 qram narkotik vasitə marixuana və dekabrın 5-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 9 kiloqram 45 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.