Argentinanın Rosario şəhərində naməlum şəxslər Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus “Unico” mağazasını qarət ediblər.
Bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, işçilər mağazadan nağd pul daşıyan zaman naməlum şəxslərin hücumuna məruz qalıblar, əməkdaşların avtomobilinin şüşələri sındırılıb. Cinayətkarlar içərisində pul olan iki çantanı götürüb və avtomobilə atəş açıblar. Qeyd edilir ki, onlar qaça biliblər.
Cinayətkarlar təxminən 20 min avro oğurlayıblar.