İndiana ştatında uşaq anasının çantasında tapança taparaq iki yaşlı qardaşını güllələyib, uşağı xilas etmək mümkün olmayıb.
Bu barədə NBC məlumat yayıb.
Leyk qraflığında polis şəxsi evdə 3 yaşlı uşağın anasının çantasından tapançanı götürərək 2 yaşlı qardaşına tuşladığı və tətiyi çəkdiyi faciəli hadisəni araşdırır.
Yaralı xəstəxanaya yerləşdirilib, həkimlər uşağın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Ananın dediyinə görə, hadisə o, yataq otağından bir neçə dəqiqə çıxıb, pul kisəsini çarpayının üzərinə qoyarkən baş verib.
Bundan əvvəl Krımda uşaq atası tərəfindən nəzarətsiz qalıb və özünü gözünə güllələyib.