Bakıda kişi evində ölmüş vəziyyətdə tapılıb.
Hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 49-da qeydə alınıb.
Məlumata görə, 1986-cı il təvəllüdlü Sərvər Qayıblı yaşadığı evdə qaz borusundan asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.