
Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb.
Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.