Moskva yaxınlığındakı Yeqoryevskdə pedofiliya şübhəsi ilə saxlanılan şəxsin bədən tərbiyəsi müəllimi olduğu üzə çıxıb.
Vəziyyətlə tanış olan REN TV mənbəsinin sözlərinə görə, 46 yaşlı Yeqoryevsk sakini on ildir ki, Moskva məktəblərinin birində bədən tərbiyəsi fənnindən dərs deyir.
"Saxlanılan şəxs 2019-cu ilə qədər Moskva məktəbində bədən tərbiyəsi müəllimi işləyib", - həmsöhbət bildirib.
Həmin şəxs ailəlidir və 5 yaşlı oğlu var.
İyunun 25-də İstintaq Komitəsi bildirib ki, Yeqoryevskdə yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı silsilə cinayətlər törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.