Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır. Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik", - deyə məlumatda qeyd olunub.
Allah rəhmət eləsin!