Əlcəzair məhkəməsi meşə yanğınları törətməkdə günahlandırılan şəxsin öldürülməsində iştirak edən 49 nəfəri ölüm cəzasına məhkum edib.
Bu barədə "Al Arabia" nəşri məlumat yayıb.
Hadisə ötən ilin avqustunda baş verib. Əlcəzairdə baş vermiş meşə yanğınları ölkə daxilində 90 nəfərin həyatına son qoyub.
38 yaşlı Djamel Ben İsmayıl adlı şəxs meşə yanğınları törətməkdə şübhəli bilinib. İnsanlar şübhəli şəxsin yerini müəyyən edərək ona hücum edərək döyüb və öldürüblər.
Sonradan məlum olub ki, İsmayıl könüllü kimi yanğınların söndürülməsinə köməklik etmək üçün əraziyə gedib.
Qeyd edək ki, noyabrın 24-də Əlcəzairin paytaxtında məhkəmə şəxsin öldürülməsinə görə 49 nəfəri edam cəzasına məhkum edib.