Belarusun "Belavia" şirkətinə məxsus təyyarə havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmalı olub.
Buna səbəb pilot kabinəsində şüşədə çatların əmələ gəlməsi olub.
Qeyd edilib ki, noyabrın 9-da səhər saatlarında Minskdən Birləşmiş Ərəb Əmərliklərinin Şərca şəhərinə uçuş həyata keçirərkən kabinədə şüşə örtüklərinin birində çatlar yaranmağa başlayıb. Nəticədə pilotlar geri qayıdaraq Minsk hava limanına eniş etmək qərarına gəlib.
Təyyarədə 158 sərnişin olub, onların həyatına hər hansı bir təhlükə olmadığı bildirilib.
İnsidentlə əlaqədar Minskdən planlaşdırılan bir sıra uçuşlar təxirə salınıb.