
Dünən saat 19 radələrində Qax şəhərində 2005-ci il təvəllüdlü A.Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü J.P tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.