Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirliyin dələduz "əməkdaşı" tutuldu - VİDEO


Nazirliyin dələduz

Daxili İşlər Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.

 

Bu barədə DİN-dən  verilən məlumatda bildirilib. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb. 


Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Əhmədov “Facebook” sosial şəbəkəsində “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsasitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. 


Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxii İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də