
Tayvan adasında zəlzələ baş verib.
Bu barədə Meteorologiya Bürosunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,7 bal gücündə zəlzələnin episentri Tayvan adasının şimal-şərqindəki Yilan şəhərindən 78,4 kilometr uzaqlıqda qeydə alınıb.
108,7 kilometr dərinlikdə baş verən zəlzələnin yaratdığı təkanlar adanın şimal-şərqindəki Yilan və Hualien şəhərləri ilə yanaşı, şimalda Taypey və ətraflarında da hiss olunub.
Bundan əvvəl sentyabrın 18-də Tayvanın cənub-şərqindəki Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 164 nəfər yaralanıb.